azturkxeber.az
http://azturkxeber.az

Britaniyalı nazir: COP29-da təbiət prioritetimizdir

22-11-2024 Baxılıb: 1

IMG

“Böyük Britaniya Hökuməti COP29-da təbiətin gündəlikdə önəmli yer tutmasını təmin etmək üçün buradadır. Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır və biz təbiəti yalnız onun öz dəyəri üçün deyil, həm də özümüzü xilas etmək üçün qorumalıyıq”.

Bu sözləri Britaniyanın təbiət naziri Meri Kriq COP29 çərçivəsində keçirilən tədbirdə deyib. Nazir okean icmasının gücləndirilməsi və qrantlar proqramının birinci mərhələsi çərçivəsində maliyyələşdiriləcək 20 layihəni açıqlayıb. Bu layihələr dəniz mühitində və dünya üzrə sahilyanı icmalarda davamlı dəyişikliklər həyata keçirəcək, yoxsulluğu azaldacaq, yerli icmaları gücləndirəcək və dəniz ekosistemlərinin sağlamlığını qoruyacaq.

Meri Kriq okeanın qlobal istiləşmə, çirklənmə və turşulaşmanın üçqat təhdidindən əziyyət çəkdiyini və bunun dəniz və sahil ekosistemlərinin çökmə riskini artırdığını deyib:

“Bu mühüm layihələr Yer kürəsinin iqlim baxımından ən həssas yerlərində dəniz yaşayış mühitlərini qorumağa kömək edəcək. Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır və biz təbiəti yalnız onun öz dəyəri üçün deyil, həm də özümüzü xilas etmək üçün qorumalıyıq”,- deyə nazir çıxışında qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031