azturkxeber.az
http://azturkxeber.az

COP29-da su təhlükəsizliyinin təmin edilməsi müzakirə olunub

22-11-2024 Baxılıb: 1

IMG

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm şöbəsinin müdiri Riad Axundzadə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İslam İnkişaf Bankının təşkil etdiyi “İİB üzv ölkələrində iqlimə dayanıqlı su investisiyaları üçün maliyyələşdirmə imkanları” mövzusunda keçirilən tədbirdə iştirak edib.

Çıxışı zamanı Riad Axundzadə tədbir iştirakçılarına su ehtiyatlarının davamlı idarə olunması məqsədilə müasir və dayanıqlı texnologiyaları özündə birləşdirən infrastruktur layihələrinin əhəmiyyəti barədə məlumat verib. O, həmçinin uzunmüddətli su təhlükəsizliyinin təmin edilməsi üçün innovativ maliyyələşdirmə modellərinin və sektorlararası tərəfdaşlıqların rolunu vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031