azturkxeber.az
http://azturkxeber.az

Malayziya pavilyonunda Qarabağdakı yaşıl şəhər layihələrindən danışılıb

21-11-2024 Baxılıb: 1

IMG

Bakıda keçirilən COP29 çərçivəsində Malayziyanın pavilyonunda “İqlim Dayanıqlığı və Yaşıl Tikinti: Gələcəyə Davamlı Şəhərlər üçün Davamlı Şəhər Dizaynı” adlı panel müzakirəsi keçirilib.

Panel müzakirələri zamanı şəhərlərin iqlim dəyişikliyinə davamlılığının artırılmasında dayanıqlı şəhər dizaynı və yaşıl tikinti təcrübələrinin roluna diqqət yetirilib.

Eyni zamanda, münaqişələrin yaratdığı məcburi köçkünlər, onların üzləşdiyi problemlərdən danışılıb. Azərbaycanın yaşıl şəhər layihəsinə sərmayə qoyan ölkələrdən olduğu qeyd edilib, ölkəmizin bu layihə çərçivəsində həyata keçirdiyi işlərdən danışılıb.

Panel müzakirələri zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində - Zəngilan, Zəngəzur və Füzulidə məcburi köçkünlərin qayıdışı üçün salınmış yaşıl şəhər layihələr təqdim olunub və onlar haqqında ətraflı məlumat verilib.

Ölkəmizin yaşıl şəhər layihəsi çərçivəsində yerli mühitləri yaxşılaşdırmaq üçün yeni layihələr icra etdiyi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031