azturkxeber.az
http://azturkxeber.az

COP29-da Qazaxıstan karbon əkinçiliyinin inkişafı təşəbbüsünü təqdim edib

21-11-2024 Baxılıb: 0

IMG

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Qazaxıstan karbon əkinçiliyinin inkişafı təşəbbüsü ilə çıxış edib.

Yan tədbir çərçivəsində Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev vurğulayıb ki, karbon əkinçiliyinin tətbiqi karbon emissiyalarını azaltmaqla yanaşı, kənd təsərrüfatının davamlı inkişafını da təmin edə bilər.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Torpaq ehtiyatlarının idarə edilməsi Komitəsinin sədri Murat Temirjanov qeyd edib ki, karbon əkinçiliyinin inkişafı müasir texnologiyaların tətbiqini və ciddi qanunvericilik dəstəyini tələb edir.

Müzakirələr zamanı ekspertlər Qazaxıstanın karbon əkinçiliyi sahəsində liderlik üçün yüksək potensiala malik olduğunu vurğulayıblar. Bu, ölkənin texnoloji strukturunun modernləşdirilməsinə və çox sayda iş yerlərinin yaradılmasına töhfə verə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031