azturkxeber.az
http://azturkxeber.az

Moskva 10 noyabr sənədini arxivə göndərmək istəmir

21-11-2024 Baxılıb: 5

 

Azturkxəbər.az xəbər verir ki, bu sözləri  Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında maraqlı məqamlara diqqət çəkdib:  “Məlumdur ki, Rusiya üçün 10 noyabr bəyanatı çox mühüm strateji əhəmiyyət kəsb edir və bu razılaşmaya uyğun olaraq Cənubi Qafqazda mövqeyini qorumağa çalışır. Bu, çox əhəmiyyətli bir vasitədir, Rusiya həmin bəyanata uyğun olaraq regionda öz maraqlarını təmin etməyə çalışır. Donald Trampın prezident seçilməsindən sonra Moskva daha da ciddi şəkildə bölgəyə nəzarəti gücləndirməyə çalışır. Bunun üçün iqtisadi rıçaqları işə salır, Abxaziyada baş verən hadisələr bu mənada diqqətdən kənarda qala bilməz. Həmçinin Yuxarı Larsdan keçən yükləri yubandırmaqla özünün varlığını sübuta yetirməyə çalışır. Burada həm sərhəd təhlükəsizliyi, həm də nəqliyyat əlaqələrinin necə bərpa olunacağı məsələləri var”. A.Nağıyevin sözlərinə görə, Rusiyanın bu proseslərdə iştirakını nəzərdə tutan amillərdən biri də Ermənistanın Azərbaycanla Zəngəzur dəhlizinə maneəsiz keçid təmin etməsidir: “Rusiyanın istədiyi məsələlərdən biri də dəhlizi öz təhlükəsizlik qüvvələri vasitəsilə nəzarətdə saxlamaq, həm də Cənubi Qafqazın gələcək geosiyasi düzəni ilə bağlı öz maraqlarını qorumağa çalışmasıdır. Çünki Zəngəzur dəhlizi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən bir nəqliyyat əlaqəsi olmaqla, həm Azərbaycanın, həm də regiondakı digər böyük güclərin maraqları baxımından geosiyasi əhəmiyyət daşıyır”. Komitə sədrinin sözlərinə görə, Rusiya üçün başqa bir məsələ ABŞ, Avropa İttifaqı və Türkiyə kimi digər güclərin regiondakı fəaliyyətlərini artırmasıdır, bu da Rusiyanın nüfuzunu zəiflədə bilər: “Moskvanın əsas məqsədi regionda mövqeyini qorumaqdır. Buna mane olan isə Azərbaycanın və Ermənistanın vasitəçisiz ikitərəfli razılaşmalarıdır. Rusiya Zəngəzur dəhlizini öz nəzarətində saxlaması üçün Ermənistana təzyiq edir. Rusiya bu vəziyyətdə həm özünün geosiyasi mövqeyini qorumağa, həm də Ermənistanı öz əlində saxlamağa çalışır. Azərbaycan və Ermənistan isə ikitərəfli müzakirələrlə bu məsələni həll etməyə cəhd edirlər. Regiondakı digər aktorlar isə Rusiyanın nəzarətinin azaldılmasında maraqlıdır. Lakin son hadisələr bir daha göstərir ki, Rusiya mövqeyini qorumaqda acizləşir və bu, gələcəkdə çox ciddi geosiyasi dəyişikliklərə səbəb ola bilər. Əsas məqam kimi onu qeyd etmək lazımdır ki, Azərbaycan bütün bu prosesləri ciddi təhlil edir və müstəqil daxili və xarici siyasət aparır. Biz ölkəmizdə keçirilən çox mühüm, beynəlxalq səviyyəli COP29 tədbirinə ev sahibliyi etməklə nəyə qadir olduğumuzu bütün dünyaya göstərdik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031