azturkxeber.az
http://azturkxeber.az

“TikTok” şirkətinin nümayəndələri Elm və Təhsil Nazirliyində olublar

20-11-2024 Baxılıb: 0

IMG

Noyabrın 19-da “TikTok” şirkətinin dövlət siyasəti üzrə vitse-prezidenti Helena Lerç, Şərqi Avropa regionu üzrə dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundov Elm və Təhsil Nazirliyində olublar.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, nazir Emin Əmrullayevlə keçirilən görüşdə “TikTok” şirkəti ilə elm və təhsil sahəsində birgə əməkdaşlığın qurulması müzakirə edilib, geniş cəmiyyət üçün maarifləndirici təşəbbüslər və layihələr barədə fikir mübadiləsi aparılıb.

Həmçinin təhsilverənlərə öz təhsil məzmununu tanıtmağa imkan verən yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində təkliflər müzakirə edilib. Bununla yanaşı, müxtəlif ölkələrdə müəllimlər tərəfindən aparılan təhsil kanallarının nümunələri təqdim edilib və platformanın imkanlarının təhsil məzmununun yaxşılaşmasına verdiyi töhfələr müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031