azturkxeber.az
http://azturkxeber.az

Xüsusi qayğıya ehtiyacı olan uşaqların Şamaxıya ekskursiyası təşkil edilib

06-11-2024 Baxılıb: 3

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 və 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiș şəxslər üçün sosial xidmət müəssisələrinin sakinləri üçün Şamaxıya ekskursiya təşkil olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  verilən məlumata görə, ekskursiya Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına və Alpaka fermasına təşkil edilib.

İştirakçılar əvvəlcə rəsədxanada Astronomiya Muzeyi və teleskoplarla tanış olublar. Sonra sosial xidmət müəssisəsinin sakinləri Alpaka fermasına baş çəkiblər. Alpakaların davranışları uşaqlara xoş təəssürat bəxş edib.

Ekskursiyanın məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial adaptasiyasına dəstək verməkdir.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin 18 yaşınadək əlilliyi müəyyən edilmiș şəxslər üçün 2 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Müəssisədə uşaqlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət göstərilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031