azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanın Aktobe şəhərinin kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” açılıb

19-11-2024 Baxılıb: 2

IMG

Qazaxıstanın Aktobe şəhərinin Mərkəzi Vilayət Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılış mərasimi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, sözügedən guşədə xalqımızın ictimai-siyasi xadimlərinin, tarixi şəxsiyyətlərinin həyat və yaradıcılığını, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını, tolerantlıq ənənələrini, bölgələrini, turizm potensialını əks etdirən kitablar, jurnallar müxtəlif nəşrlər sərgilənir və tədbir iştirakçıları üçün ətraflı məlumatlar təqdim olunur.

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu guşənin yaradılmasında verilən xüsusi dəstəyə görə Aktobe vilayətinin qubernatoru-akimi Asxat Şaxarova, Azərbaycan Milli Elmlər Akademiyasına və AMEA Mərkəzi Elmi Kitabxanasına, eləcə də Aktobe Vilayət Kitabxanasının rəhbərliyinə, Azərbaycan icmasına minnətdarlığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031