azturkxeber.az
http://azturkxeber.az

Nazir: İqlimə uyğun kənd təsərrüfatı, biomüxtəlifliyin qorunması, suyun idarə edilməsi əhəmiyyətli rol oynayır

19-11-2024 Baxılıb: 2

IMG

İqlim dəyişikliyinin həlli, biomüxtəlifliyin qorunması, təbii ehtiyatların idarə edilməsi və sosial-mədəni dəyərlərin təşviqi kənd təsərrüfatı irsinin müasir təcrübələrlə formalaşdırılmasından asılıdır.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov İqlimə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin inkişafı üzrə Yüksəksəviyyəli nazirlər görüşündə çıxışı zamanı deyib.

“Müasir çağırışlar fonunda, ənənəvi kənd təsərrüfatı təcrübələrinin innovativ texnologiya və həllərlə inteqrasiyasını dəstəkləyən iqlimə uyğun inkişafı zəruridir. Bura həmçinin süni intellektin səmərəli şəkildə istifadə olunması da daxildir. İqlimə uyğun kənd təsərrüfatı, biomüxtəlifliyin qorunması, suyun idarə edilməsi də əhəmiyyətli rol oynayır. Biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığının aqro-ərzaq sistemlərinə böyük təhdidlər yaratdığı artıq bir reallıqdır”, - deyə nazir bildirib.

Nazir bildirib ki, zəngin tarixə və köklü əkinçilik ənənələrinə malik ölkə olan Azərbaycanda müxtəlif bitkilərin becərilməsi üçün əlverişli iqlim şəraiti mövcuddur: “Bununla belə, bütün dünyada olduğu kimi iqlim dəyişikliyi Azərbaycana da təsir edir. Son illərdə ölkədə tez-tez quraqlıq, su qıtlığı, eləcə də qeyri-müntəzəm yağıntılar müşahidə olunur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031