azturkxeber.az
http://azturkxeber.az

COP29 çərçivəsində “İnklüzivlik Günü” ilə bağlı rəqs proqramı nümayiş etdirilib

18-11-2024 Baxılıb: 1

IMG

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İnklüzivlik Günü” ilə əlaqədar “DanceAbility Azerbaijan” sosial müəssisəsi tərəfindən rəqs proqramı nümayiş etdirilib.

Tədbir Yaşıl Zonadakı İncəsənət Pavilyonunda baş tutub. “DanceAbility Azerbaijan”nın təsisçisi Nigar Sultanova çıxış edərək, qrupun məqsəd və fəaliyyəti haqqında məlumat verib. N.Sultanova inklüziv rəqs platformasının əlilliyi olan şəxslərlə və sağlam fərdlərlə birgə rəqs etməyi, eyni zamanda, əlçatanlıq və inklüzivlik mövzularında maarifləndirmə aparmağı hədəflədiklərini vurğulayıb.

Tədbirdə, həmçinin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov və ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi iştirak edərək inklüzivlik və əlçatanlıq mövzularına olan dəstəklərini ifadə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031