azturkxeber.az
http://azturkxeber.az

“Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusu müzakirə olunub

18-11-2024 Baxılıb: 1

IMG

Noyabrın 18-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçirilib.

Panel sessiyası iqlim çağırışlarına cavab olaraq təhsildə transformativ yanaşmaların müzakirəsinə həsr olunub.

Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, bu gün əsas məqsəd təhsil çərçivələrini iqlim dayanıqlılığı və fəaliyyətlərinə üstünlük vermək üçün yenidən tənzimləməkdir. Bu isə iqlim savadlılığının təhsil standartlarına inteqrasiya olunması və öyrənənlərin iqlim həllərinə fəal şəkildə töhfə verə biləcək bacarıqlarla təmin edilməsi deməkdir.

Müzakirələr zamanı Azərbaycanda STEAM təhsili təşəbbüsünün şagirdlərə yaşıl enerji və davamlılıq sahəsində real layihələr üzərində işləməyə imkan yaratdığı da qeyd edilib.

Panel müzakirəsi zamanı iqlimə həssas təhsilin qlobal təşviqində tərəfdaşlığın öhdəliyi bir daha təsdiqlənib və gələcək fəaliyyətlərin əsasən potensialın artırılması, eləcə də biliklərin bölüşdürülməsi istiqamətində olacağı vurğulanıb.

Panel çərçivəsində təşkil edilən “Greening Education Partnership” təşəbbüsünün ikinci illik iclası da öz növbəsində qlobal təhsil liderləri tərəfindən dayanıqlılığın təhsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031