azturkxeber.az
http://azturkxeber.az

Nigar Arpadarai: İqlim və sağlamlıq üçün COP Prezidentlik Koalisiyasını işə salırıq

18-11-2024 Baxılıb: 2

IMG

İnsanların iqlim böhranının həllinə töhfə verə bilməsini təmin etmək üçün təhsil, bacarıqlar, sağlamlıq və rifah çox vacibdir. İqlim dəyişikliyi bizim insan olaraq necə yaşadığımıza dair geridönməz dəyişiklik deməkdir.

Bu fikirləri COP29 çərçivəsində keçirilən mətbuat konfransında COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai deyib.

“İqlimlə bağlı fəaliyyət göstərmək ehtiyacı barədə məlumatlılığı və qəbulu artırmaq üçün müvafiq yaşıl təhsil proqramları tətbiq etməliyik. Bugünkü sessiyanın nəticələri beynəlxalq təşkilatları, çoxtərəfli inkişaf bankları və başqalarını bir araya gətirəcək. Bu insanları, təşkilatları bir araya gətirməklə, biz iqlim, insan inkişafı üzrə agentliklər arasında əməkdaşlıq və uyğunluq yaratmağı hədəfləyirik. Sağlamlıq mövzusunda, biz rəsmi olaraq iqlim və sağlamlıq üçün COP Prezidentlik Koalisiyasını işə salırıq. Bu koalisiya sağlamlığı iqlim gündəminə daxil etməyə çalışacaq”, - deyə Nigar Arpadarai əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031