azturkxeber.az
http://azturkxeber.az

Böyük Şor gölünün qərb hissəsinin və Zığ gölünün bərpası işlərinə yaxın zamanlarda başlanılması nəzərdə tutulur

18-11-2024 Baxılıb: 2

IMG

COP29 çərçivəsində Azərbaycan Milli Pavilyonunda Abşeron göllərinin bərpası və iqlimədayanıqlı şəhər atmosferinin yaradılması ilə bağlı müzakirələr keçirilir. Burada əsas məqsəd Abşeron göllərinin bərpası istiqamətində görülən işlər və nəzərdə tutulan yeni tədbirlərlə bağlı məlumatların verilməsidir.

Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib.

F.Mütəllimov göllərin mühafizəsinin şəhər dayanıqlılığında və şəhər həyatındakı vacib rolunu vurğulayaraq bildirib: “Hazırda müzakirələrdə həm ETSN, həm də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Abşeronda göllərin bərpası istiqamətində 2014-2015-ci illərdə Böyük Şor gölünün şərq hissəsi artıq bərpa olunub və ətrafında bulvar salınıb. İndi isə Böyük Şor gölünün bərpasının layihəsinin ikinci mərhələsinə, yəni, gölün qərb hissəsinin bərpası ilə bağlı layihə sənədləri hazırlanıb. Bundan əlavə, Zığ gölünün bərpası ilə bağlı da layihə sənədləri və texniki-iqtisadi məsələlər var. Hər iki layihənin icrasına yaxın zamanlarda başlanılması nəzərdə tutulur. Bu layihə çərçivəsində Böyük Şor gölünün 300 hektara yaxın sahəsinin təmizlənməsi və həmin ərazidə Böyük Şor bulvarının salınması ilə bağlı təqdimatlar olacaq. Göllərin bərpası Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında xüsusi vurğulanıb və bu göllərin ətraflarının gələcəkdə yaşıllıq zonasına çevrilməsi planlaşdırılır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031