İqtisadi artıma təsir edən mühüm amillərdən biri neft-qaz hasilatıdır. 2025-ci ildə neft hasilatının 28,7 milyon ton, əmtəəlik qaz hasilatının isə 38,4 milyard kub olacağı proqnozlaşdırılır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
Nazir müavini bildirib ki, neft-qaz sektoru üzrə ÜDM-in 2025-ci ildə 0,5 faiz artacağı proqnozlaşdırılır: “2025-ci ildə ÜDM-in nominal həcmi 129,2 milyard manat, qeyri-neft qaz sektorunda ÜDM-in nominal həcmi isə 92,2 milyard manat proqnozlaşdırılır”.