azturkxeber.az
http://azturkxeber.az

ABŞ-da e.coli bakteriyası bu dəfə yerköküdə ortaya çıxıb

18-11-2024 Baxılıb: 1

IMG

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən edilən açıqlamada ABŞ-nın 18 ştatında bir şirkətə məxsus qablaşdırılmış orqanik köklərdə E.coli bakteriyasının aşkar edildiyi bildirilib.

Açıqlamada, ABŞ-da qablaşdırılmış orqanik kök istehlakı səbəbindən coli bakteriyasına yoluxan 39 nəfərdən birinin öldüyü, 15 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, insan və heyvanların bağırsaqlarında tapılan koli bakteriyaları ümumiyyətlə zərərsiz olsa da, bəzi növləri qida zəhərlənməsi, sidik yolları və qan dövranı infeksiyalarına səbəb ola bilər.

Bundan əlavə, E. coli bakteriyası ABŞ-da ildə təxminən 70 min infeksiyaya səbəb olur və bu səbəbdən hər il 2 mindən çox insan müalicə olunur. 
Xatırladaq ki,bu günlərdə  ABŞ-nın 14 ştatında McDonalds restoranlarında hazırlanan hamburgerlərdə aşkar edilən E.coli bakteriyasına görə 104 nəfər xəstəxanalıq olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031