Azərbaycanın 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə 893 milyon manat, investisiya layihələrinə isə 1 milyard 100 milyon manat ayrılması planlaşdırılır. Ümumi olaraq, bu məqsədlər üçün 1 milyard 993 milyon manat vəsait nəzərdə tutulub.
Bu sözləri maliyyə naziri Samir Şərifov parlamentin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin noyabrın 18-də keçirilən iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası üçün isə 150 milyon manat vəsait ayrılacaq.