azturkxeber.az
http://azturkxeber.az

Gələn ilin dövlət büdcəsinin xərcləri 41 milyard 368 milyon manat təklif olunur

18-11-2024 Baxılıb: 2

IMG

2025-ci ilin dövlət büdcəsinin xərcləri 41 milyard 368 milyon manat məbləğində təklif olunur.

azturkxeber.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov parlamentin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin noyabrın 18-də keçirilən iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu rəqəm 2024-cü ilin təsdiqə alınmış büdcəsinə nisbətən 4 milyard 605 milyon manat və yaxud 12,5 faiz, yenidən baxılmış büdcəyə nisbətən isə 1 milyard 625 milyon manat və yaxud 4,1 faiz, 2023-cü ilin icrasına nisbətən isə 4 milyard 910 milyon manat və yaxud 13,5 faiz çox deməkdir.

“Xüsusi olaraq qeyd etməliyəm ki, orta müddətli dövr üçün, yəni, 2021-ci illə müqayisədə 2025-ci ilin dövlət büdcəsi üzrə təklif olunan xərclər 13 milyard 946 milyon manat və yaxud 1,5 dəfə artıb”, - deyə nazir bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031