Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan CISCO-nun baş vitse-prezidenti Meri De Vısotski ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə informasiya texnologiyalarının müxtəlif sahələrində, o cümlədən süni intellekt istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda, şirkətlə birgə təlimlərin təşkili və Azərbaycanda regional mərkəzin yaradılması məsələləri nəzərdən keçirilib.