azturkxeber.az
http://azturkxeber.az

Baş prokuror: Rusiyada hər il ekoloji sahədə 300 minə yaxın qanun pozuntusu aşkarlanır

15-11-2024 Baxılıb: 0

IMG

Rusiya prokurorları hər il ekoloji sahədə 300 minə qədər qanun pozuntusunun qarşısını alır, bu istiqamətdə 15 min cinayət işi üzrə hüquq-mühafizə orqanlarının işi əlaqələndirilir.

Bunu Rusiyanın Baş prokuroru İqor Krasnov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyada deyib.

"Prokurorlar tərəfindən hər il ekoloji sahədə 300 minə qədər qanun pozuntusunun qarşısı alınır, meşə əkinlərinin qanunsuz kəsilməsi və məhv edilməsi, havanın, su hövzələrinin və yerin təkinin çirkləndirilməsi, həmçinin bioresursların qanunsuz hasilatı ilə bağlı 15 mindən çox cinayət işi üzrə cinayət təqibi və hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi həyata keçirilir", - deyə o bildirib.

Baş prokurorun sözlərinə görə, belə işlərdən 2 mindən çoxu nəzarət yoxlamalarının materialları əsasında başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031