azturkxeber.az
http://azturkxeber.az

Esvatininin Baş naziri "ASAN xidmət"də olub

15-11-2024 Baxılıb: 2

IMG

Esvatini Krallığının Baş naziri Drossel Mmiso Dlamini "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

O, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə Azərbaycanda səfərdədir.

 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ona Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Baş nazir “ASAN xidmət” təcrübəsinin öyrənilməsində, burada həyata keçirilən yeniliklərin ölkəsində də tətbiqində maraqlı olduğunu bildirib. Bununla əlaqədar yaxın müddətdə anlaşma memorandumunun imzalanacağı diqqətə çatdırılıb.

Drossel Mmiso Dlamini “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031