azturkxeber.az
http://azturkxeber.az

OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib

15-11-2024 Baxılıb: 0

IMG

COP29 çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşdə enerji təhlükəsizliyi və əməkdaşlıq perspektivləri müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazir Mikayıl Cabbarov COP29 çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Dr. Əbdülhəmid Əlxəlifə ilə görüşüb.

Tərəflər qarşılıqlı əlaqələrin təşviqi, bərpaolunan enerji və özəl sektorun maliyyələşdirilməsinə dair layihələr çərçivəsində birgə fəaliyyət barədə fikir mübadiləsi aparıblar. Görüşdə iqlim fəaliyyətində enerjinin inklüziv şərtlər əsasında keçidinin vacibliyi vurğulanıb, davamlı inkişaf, enerji təhlükəsizliyi, iqtisadi şaxələnmə istiqamətində prioritetlər və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031