azturkxeber.az
http://azturkxeber.az

DSMF-nin xərcləri artaraq 5 milyard 726 milyon manat olub

15-11-2024 Baxılıb: 0

IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 10 ayında proqnozla müqayisədə 5 faiz və ya 303 milyon manat çox olmaqla 5 milyard 823 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 4 faiz və ya 182 milyon manat artaraq 4 milyard 662 milyon manat olub.

Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 5 milyard 726 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 676 milyon manat çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031