azturkxeber.az
http://azturkxeber.az

SOCAR və Şimali Makedoniyanın “ESM” Səhmdar Cəmiyyəti arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb 

15-11-2024 Baxılıb: 0

 

14 noyabr 2024-cü il tarixində Şimali Makedoniyanın Skopye şəhərində Azərbaycan Respublikasının Dövlət Neft  Şirkəti (SOCAR) və “ESM” Səhmdar Cəmiyyəti arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Bu sənəd tərəflər arasında Şimali Makedoniyanın enerji təhlükəsizliyinin gücləndirilməsi və təbii qaz mənbələrinin şaxələndirilməsi üzrə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.
Anlaşma Memorandumuna əsasən, tərəflər 2024-cü il qış mövsümünün başlaması ilə Şimali Makedoniyaya çatdırılan Azərbaycan təbii qazının təchizatı üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını və enerji ilə bağlı digər layihələrin araşdırılmasını diqqətdə saxlayacaqlar. 
Qeyd edək ki, Şimali Makedoniya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Xorvatiya, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan on birinci ölkə olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031