azturkxeber.az
http://azturkxeber.az

48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib

15-11-2024 Baxılıb: 3

IMG

Noyabrın 14-də COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Pavilyonunda Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) “İqlim böhranının ön cəbhəsində olan icmalar üçün inklüziv və hərtərəfli iqlim tədbirlərini təşviq edən iqlim maliyyəsi modelləri” mövzusunda forum keçirib.

azturkxeber.az  xəbər verir ki, Forumda Alyansın rəhbəri Jozef Mikita Mvenda bildirib ki, PACJA 48 Afrika ölkəsindən 1000 QHT-ni özündə birləşdirən təşkilatın ümumi mövqeyini ifadə edir.

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, iqlim maliyyəsinə çıxışı təşviq edən modellər və yanaşmalar mühüm əhəmiyyətə malikdir.

Panel müzakirələrində PACJA təşkilatlarının ekspertləri - Cessika Mvenza, Ruçi Tripati də iştirak ediblər.

PACJA-nın proqramlar və tədqiqatlar üzrə rəhbəri Çarlz Mvanqi daha əlçatan maliyyələşdirmə mexanizmləri barədə məruzələrlə çıxış ediblər. Onlar Afrikanın təcrid olunmuş icmalarının səsini gücləndirmək üçün Azərbaycanın yaratdığı imkanı yüksək qiymətləndirib.

Müzakirələrdən sonra suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031