azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstan nüvə enerjisinin üç dəfə artırılması haqqında Bəyannaməyə qoşulub

14-11-2024 Baxılıb: 2

IMG

Qazaxıstan 2050-ci ilə qədər nüvə enerjisinin üç dəfə artırılması haqqında Bəyannaməyə qoşulduğunu elan edib.

azturkxeber.az Qazaxıstan Respublikasının Energetika Nazirliyinə istinadla xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) nazir müavini Sunqat Yesimxanov bildirib.

“Qazaxıstanın Bəyannaməyə qoşulması davamlı və ekoloji cəhətdən təmiz gələcəyə doğru mühüm addımdır. Biz ümumi məqsədə nail olmaq üçün qlobal ictimaiyyətlə əməkdaşlıq edərək təkcə enerji təhlükəsizliyini gücləndirməyə deyil, həm də karbon emissiyalarının qlobal azaldılmasına mühüm töhfə verməyə çalışırıq”, - deyə energetika nazirinin müavini vurğulayıb.

Nüvə enerjisi Paris Sazişinin ilk qlobal icmalında temperatur artımının 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılması məqsədinə nail olmaq üçün əsas həll yolu kimi tanınır.

Qazaxıstan nüvə enerjisinə gələcək enerji balansının mühüm komponentlərindən biri kimi baxır ki, bu da ona 2060-cı ilə qədər karbon neytrallığına nail olmağa, təmiz enerji mənbələrinin payını artırmağa və etibarlı enerji təchizatını təmin etməyə imkan verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031