azturkxeber.az
http://azturkxeber.az

Yüz illərdir hərəkətsiz olan nəhəng vulkanın Pompey travması

14-11-2024 Baxılıb: 2

IMG

İtaliyanın Neapol şəhərindən cəmi 10 kilometr qərbdə yerləşən Campi Flegrei tarixi boyunca davamlı olaraq vulkanik fəaliyyət yaşayan və bu gün də böyük risklər daşıyan bir bölgə olaraq seçilir. 

Pozzuoli şəhərinin sahil hissəsinə yaxın olan bu kaldera tipli vulkanik ərazi son zamanlarda artan seysmik fəaliyyətlər və yer qabığının hərəkətləri ilə yenidən gündəmə gəlib. Son 50 ildə texnoloji inkişafa paralel olaraq sürətlənən elmi araşdırmalar bölgədəki seysmik hərəkətlərin yerin yüksəkliklərinə səbəb olduğunu ortaya çıxarıb.

1538-ci ildə səkkiz gün davam edən partlayış nəticəsində bölgədə yeni təpə yaranıb və bu, Nuovo təpəsi  adlanır.

On minlərlə sakin Campi Flegreidə baş verə biləcək partlayışın həyatları bahasına başa gələcəyi qorxusu ilə yaşayır.İtaliya hökuməti zaman-zaman həyata keçirdiyi simulyasiyalarla bölgə əhalisini daha təhlükəsiz ərazilərə köçürmək üçün çalışır.

Xatırladaq ki, Neapolun şərqində və Campi Flegreinin 25 kilometrliyində yerləşən Vezuvi vulkanı 2000 il əvvəl püskürmüş və Romanın böyük şəhərlərindən biri olan Pompeyi kül içində basdırmış, yüzlərlə insanın daşa çevrilərək ölməsinə səbəb olmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031