“Özəl sektorun həm məsləhət, həm də fəaliyyət formasında töhfələri əvəzolunmazdır”.
azturkxeber.az xəbər verir ki, bunu COP29 çərçivəsində biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platformasında COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai deyib.
O qeyd edib ki, ədalətli yaşıl keçiddə uğur qazanmağın yeganə yolu daha geniş konsensus qurmaq və bölücü ritorikadan qaçmaqdır: “Yüksəksəviyyəli çempion olaraq, müxtəlif sahələrdən olan şirkətlər və sahibkarlarla görüşmüşəm və iqlim üzrə hərəkət etmə ehtiyacına dair konsensusun mövcud olduğuna əminəm”.