azturkxeber.az
http://azturkxeber.az

Cennifer Layke: Azərbaycanda yaşıl enerjinin istehsalı istiqamətində layihələrin həyata keçirilməsi təqdirəlayiqdir

13-11-2024 Baxılıb: 0

IMG

COP29-a ev sahibliyi edən Azərbaycanın da yaşıl enerji istehsalı potensialı böyükdür. Ölkədə yaşıl enerjinin istehsalı istiqamətində layihələrin həyata keçirilməsi təqdirəlayiqdir. Alternativ enerji mənbələrinin inkişafı atmosfera karbon qazının atılmasının qarşısını əsaslı sürətdə alır.

Bu sözləri Dünya Resursları İnstitutunun Enerji üzrə qlobal direktoru Cennifer Layke COP29 çərçivəsində Çinin milli pavliyonunda alternativ enerjinin inkişafına həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Cennifer Layke əlavə edib ki, sıfır emissiyaya nail olmaq üçün yaşıl enerji mənbələrini inkişaf etdirmək və bu enerji növünün istehsalına yatırılan sərmayənin həcmini artırmaq lazımdır. O həmçinin bildirib ki, Çin yaşıl enerji istehsalı üzrə dünyanın qabaqcıl dövlətlərindən biridir və karbonsuzlaşmaya köklü şəkildə yardım etmək üçün təcrübəsini paylaşa bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031