azturkxeber.az
http://azturkxeber.az

Devid Lemmi: Ötən il iqlim maliyyəsinin 1 faizindən az hissəsi meşələrin qorunmasına yönəlib

13-11-2024 Baxılıb: 0

IMG

Britaniyanın xarici işlər naziri Devid Lemmi Bakıda keçirilən COP29 çərçivəsində təbiətin, o cümlədən meşələrin qorunmasında yerli xalqların və icmaların rolunun dəstəklənməsinə həsr olunmuş tədbirdə çıxış edib.

Nazir çıxışına 14 ildən sonra hakimiyyətə qayıdan Leyboristlər Partiyasının ilk xarici işlər naziri kimi COP29-da iştirak etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb.

Devid Lemmi dünyada meşələrin sürətlə azaldığını qeyd edərək bildirib ki, onların qorunması və idarə olunmasına ayrılan maliyyə dəstəyi çox məhduddur. O vurğulayıb ki, ötən il bütün iqlim maliyyəsinin cəmi 1 faizindən az hissəsi meşələrin qorunmasına yönəlib: “Bu dəstəyin böyük bir hissəsi hökumətlərə və QHT-lərə ayrılıb. 2012-2022-ci illər arasında isə təxminən 2 min torpaq və ətraf mühit müdafiəçisi öldürülüb. Araşdırmalar göstərir ki, onların böyük əksəriyyəti yerli xalqlardan olub”, - deyə nazir qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031