azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın və Anqolanın XİN-ləri arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır

13-11-2024 Baxılıb: 0

IMG

Noyabrın 12-də Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və Anqolanın Xarici Əlaqələr Nazirliyinin Dövlət katibi Esmeralda Mendonza arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Azərbaycan Respublikası və Anqola Respublikası arasında siyasi məsləhətləşmələr üzrə mexanizmin yaradılmasının ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əlaqələndirilməsinə və inkişafına xidmət edəcəyi vurğulanıb.

Görüşün sonunda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Anqola Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031