"COP29 Azərbaycanın dünyanın problemlərinə ciddi yanaşmasının bariz nümunəsidir"
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova yerli mediaya müsahibə verib.
Azturkxeber.az -ın məlumatına görə, o vurğulayıb ki, Azərbaycanın ev sahibliyi etdiyi bütün tədbirlərdə olduğu kimi burada da yüksək nəticə əldə edəcəyik: “Azərbaycan hədəfə çatmaq üçün öz üzərinə düşəni yerinə yetirməyə hazır ölkə olduğunu hər zaman sübut edib. Bu ciddi məsələ də yalnız Azərbaycana yox, hamıya lazımdır. Biz qlobal məsələlərə, problemlərə qlobal yanaşma sərgiləyirik. Bizim fəaliyyətimiz bütün insanlıq üçün faydalı və əhəmiyyətlidir".
B. Muradova vurğulayıb ki, iqlim dəyişikliyi, təsirləri xüsusilə bu dəyişiklikləri daha ağırlaşdıran müharibələr, konfliktlər, təbii fəlakətlər vadar etməlidir ki, bu gün bu konvensiyaya üzv olan ölkələr bu vacib məsələlər ətrafında konsensusa gələ bilsinlər, müvafiq qərarlara hə desinlər:
"Bu qərarların yerinə yetirilməsi üçün müvafiq maliyyə ayıra bilsinlər. Azərbaycan bunun üçün çalışır. Konfransın uğurla keçəcəyinə inanıram. Qərarların qəbulundan sonrakı mərhələdə daha yüksək şəkildə bacarığımızı ortaya qoya biləcəyik" - deyə o əlavə edib.
#COP29Azerbaijan #ClimetChangeConference