azturkxeber.az
http://azturkxeber.az

Romanın Müqəddəs İoann Lateran bazilikası 1700 illik yubileyini qeyd edir

09-11-2024 Baxılıb: 1

Romanın Müqəddəs İoann Lateran bazilikası 1700 illik yubileyini qeyd edir

Noyabrın 9-da Romanın ən mühüm kilsəsi olan Müqəddəs İoann Lateran bazilikasının 1700 illik yubileyi qeyd edilir.

Bazilikanın ildönümü 1565-ci ildən bəri bütün Katolik Kilsəsi tərəfindən bayram günü kimi qeyd olunur. Kilsə Roma Yeparxiyasının kafedralı və Roma yepiskopunun oturduğu yerdir. Bazilikaya bitişik saray XIV əsrə qədər Roma Papasının iqamətgahı kimi istifadə olunub.

Müqəddəs İoann Lateran bazilikası 313-cü ildə xristianlara öz dinlərini etiqad etmək azadlığı verən İmperator Konstantinin Milan fərmanının elanından sonra tikilib.

Roma Yeparxiyası 1700 illik yubileyi il ərzində xüsusi şənliklər, o cümlədən konsertlər və kütləvi mərasimlərlə qeyd edəcək. Yubiley ili çərçivəsində aparılan bərpa işləri zamanı bazilikanın qarşısındakı ərazidə IV əsrə aid xarabalıqlar aşkar edilib. Hazırda kilsənin ətrafı abadlaşdırılır. Kilsə yubiley ili ərəfəsində İtaliya paytaxtına gəlməsi nəzərdə tutulan 30 milyondan çox zəvvar və turist üçün hazır olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031