azturkxeber.az
http://azturkxeber.az

Çində yeni arxaik insan növü kəşf edilib

06-12-2024 Baxılıb: 2

IMG

Elm adamları Çində tapılan fosilə əsaslanaraq "Homo juluensi" adlandırdıqları yeni bir arxaik insan növünün kəşf edildiyini açıqlayıblar. Fosillərin xüsusiyyətləri bu populyasiyanın müxtəlif hominin növləri arasında genetik mübadilə nəticəsində meydana gəldiyini və hibridləşmənin Asiyada insanın təkamülündə mühüm rol oynadığını göstərir. Şərqi Asiyada Son Dördüncü dövrə aid insan qalıqları əvvəllər düşünüldüyündən daha çox morfoloji müxtəliflik nümayiş etdirir. Son illərdə aparılan araşdırmalar göstərir ki, bu bölgədəki fosillər təkcə bir növün deyil, birdən çox fərqli insan növünün varlığını ortaya qoyur. Bu yeni növlərə Homo floresiensis, Homo luzonensis, Homo longi və ən yeni Homo juluensis daxildir.
Son iki onillikdə aparılan arxeoloji qazıntılar və ətraflı fosil analizləri Şərqi Asiyada insanın təkamülü haqqında biliyi əhəmiyyətli dərəcədə artırıb. 2004-cü ildə İndoneziyanın Flores adasında kəşf edilən Homo floresiensis kiçik ölçüsünə görə "hobbit" adlanır. Homo luzonensis 2019-cu ildə Filippinin Luzon adasında tapılıb. Homo longi Çinin Harbin şəhərində aşkar edilmiş fosilə əsaslanan bu növ 2021-ci ildə təsvir edilmişdir. Çindəki Xujiayao və Xuchang fosillərindən müəyyən edilən bu yeni növ Homo juluensis Denisovalılar və digər fosil qrupları ilə əlaqələndirilir.

Tədqiqatçılar Çinin şimalındakı Xujiayao və Xuchang bölgələrində tapılan fosillərə əsaslanaraq Homo juluensis adlandırdıqları yeni insan növünü təsvir ediblər. Bu kəşf bizim insan təkamülü haqqında mövcud biliklərimizi dərinləşdirir və təxminən 300-50 min il əvvəl Orta Pleystosen dövründə hominin müxtəlifliyini daha yaxşı təsvir etməyə imkan verir. Homo sapiens təxminən 300 min il əvvəl təkamül edərək Afrikadan Avropa və Asiyaya yayıldı. Bununla belə, hominin növlərinin müasir insanlardan əvvəl təkamülü hələ də sirr olaraq qalır. Xüsusilə 700 min ilə 300 min il əvvəl mövcud olmuş hominin növlərinin təsnifatı ilə bağlı mübahisələr davam edir. Elm aləmində bu müzakirələr “Ortadakı qarışıqlıq” adlanır.

2023-cü ildə Havay Universitetindən Kristofer Bae və Çin Elmlər Akademiyasından Xiujie Vu Xujiayaoda tapılan hominin fosillərini araşdıraraq onlara Homo juluensis adının verilməsini təklif ediblər.  Bu fosillər müasir insanlara, Denisovalılara və Neandertallara xas olan xüsusiyyətləri daşıyan iri kəllə sümükləri ilə seçilir. Bu növ təxminən 220 min ilə 100 min il əvvəl yaşamış və böyük beyin həcmi və qalın sümük strukturları ilə diqqət çəkir. Xujiayaoda aparılan qazıntılar zamanı 10 şəxsə aid fosil və 10 mindən çox daş alət tapılıb. Fosillərin xüsusiyyətləri bu populyasiyanın müxtəlif hominin növləri arasında genetik mübadilə nəticəsində meydana gəldiyini və hibridləşmənin Asiyada insanın təkamülündə mühüm rol oynadığını göstərir.

Homo juluensis hələ bütün elm aləmində qəbul edilməmişdir. Londondakı Təbiət Tarixi Muzeyindən Chris Stringer bu növün Homo longi ilə üst-üstə düşə biləcəyini desə də, Viskonsin Universitetindən paleoantropoloq Con Havks bu adlandırmanın fosil qeydlərini daha yaxşı təsnif etməyə kömək edəcəyini deyir. Xiujie Vu bu yeni növ nomenklaturasının Asiyada fosil qeydlərini aydınlaşdırdığını və elmi ünsiyyəti asanlaşdırdığını bildirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031