Birləşmiş Millətlər Təşkilatının Məcburi İtkinlər Komitəsi Kolumbiyanın paytaxtı Boqotadakı bir hava limanında 20 min naməlum cəsədin gizləndiyini iddia edərək ölkədə çaşqınlıq yaradıb. Yerli mətbuatda yer alan xəbərə görə, BMT-nin Məcburi İtkinlər Komitəsinin eksperti Carmen Rosa Villa verdiyi açıqlamada cəsədlərin mühafizə altında saxlandığını və şəxsiyyətləri müəyyən edilə bilmədiyi və ya tapılması mümkün olmadığı üçün hələ də dəfn edilmədiyini bildirib. Vilya hava limanındakı naməlum cəsədlərdən BMT-nin narahat olduğunu ifadə edərək "Lazımlı məhkəmə-tibbi araşdırmaları aparacaq təhsilli mütəxəssislər yoxdur. Tapılan qalıqları və ya cəsədləri qoruyub saxlayacaq yer yoxdur” -deyib.
Kolumbiya Hüquq, Tibb və Məhkəmə Elmləri İnstitutu 20 min naməlum cəsədin hava limanında bir anqarda gizləndiyi iddialarını rədd edərək, sözügedən anqarın varlığından xəbərsiz olduqlarını açıqlayıb. Meyitlərin Kolumbiyadakı qarşıdurmalarda həyatını itirən və ya illərdir itkin düşmüş insanlarla əlaqəsi olub-olmaması ilə bağlı heç bir açıqlama verilməyib. Yerli KİV-in məlumatına görə, daha əvvəl Boqotadakı İtkin Şəxslərin Genetik Profilləri Bankında 8 min naməlum cəsədin tapıldığı, məlumat çatışmazlığı səbəbindən təhvil verilmədiyi və anbarlarda saxlanıldığı bildirilmişdi.