Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvləri Toğrul Əliyev və Vüsal Xəlilov Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin sədr müavini Mustafa Aydın ilə görüşüb.
AMB-dan bildirilib ki, görüş zamanı qardaş ölkələrdə maliyyə sektorunun inkişaf trendləri, tənzimləyici və nəzarət çərçivəsində texnoloji həllərdən istifadə imkanları, eləcə də rəqəmsal bankçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.