azturkxeber.az
http://azturkxeber.az

Zəfər Günü münasibətilə “Xarıbülbül zirvəsi”nə yürüş edilib

07-11-2024 Baxılıb: 7

8 Noyabr - Zəfər Günü münasibətilə ölkəmizdə bir sıra təntənəli tədbirlər keçirilir. Azərbaycan parlamenti də öz növbəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər təşkil edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən   bildiriblər ki, qarşıdan gələn Zəfər Günü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin komitə sədrləri Şahin İsmayılov, Əli Hüseynli, Aparat rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavini Rüstəm Mahmudov və Aparatın əməkdaşı Ruslan Hacıyevdən ibarət qrup “Xarıbülbül zirvəsi”nə yürüş edib.

Noyabrın 6-da Quba rayonunun Xınalıq kəndindən başlayan yürüş 2783 metr hündürlükdə yerləşən “Xarıbülbül zirvəsi”nə qalxmaqla yekunlaşıb. Zirvədə Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə edən iştirakçılar soyuq hava şəraitinə, çətin relyefə baxmayaraq, yürüş zamanı qarşıya qoyulmuş məqsədə nail olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031