azturkxeber.az
http://azturkxeber.az

Yunanıstanın ölkəmizdəki səfiri Maliyyə Nazirliyində olub

28-11-2024 Baxılıb: 1

 Noyabrın 28-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ilə görüşüb. 

Görüş zamanı iki ölkə arasında maliyyə, iqtisadi, beynəlxalq maliyyə qurumları çərçivəsində və digər sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub, Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, qlobal əhəmiyyətə malik iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından tədbirin önəmi qeyd olunub. 

Səfir Yunanıstanın COP29-da ən yüksək səviyyədə – Baş nazir Kiriakos Mitsotakisin rəhbərliyi altında nümayəndə heyəti ilə təmsil olunduğunu xatırladıb və qlobal iqlim konfransının olduqca qısa müddət ərzində yüksək səviyyədə təşkili və keçirilməsinə görə təbriklərini çatdırıb.

Görüş zamanı həmçinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Qara Dəniz Ticarət və İnkişaf Bankı çərçivəsində iki ölkənin maraqlarına cavab verən qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti vurğulanıb, ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə dair istək ifadə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031