"İlham Əliyevin uğurlu, qətiyyətli siyasəti sayəsində iqlim dəyişikliyindən əziyyət çəkən kiçik dövlətlər üçün ciddi dönüş"-KAMİLƏ ƏLİYEVA
Ötən ilin dekabrında dünya dövlətləri COP 29 -un İlham Əliyevin uğurlu, qətiyyətli siyasəti sayəsində iqlim dəyişikliyindən əziyyət çəkən kiçik dövlətlər üçün ciddi dönüşAzərbayvanda keçirilməsinin lehinə yekdilliklə səs verdilər.Bu, dünya içtimayyətinin ölkəmizə olan böyük inama, o cümlədən yaşıl enerji sahəsində Azərbaycanda həyata keçirilən böyük işlərə verilən yüksək qiymət idi. COP 29 iqlim diplomatiyasında Azərbaycanın ən böyük uğurudur. Digər COPlarda güclü inkişaf etmiş dövlətlər dominantlıq etsələr də COP-29 Prezident cənab İlham Əliyevin uğurlu, qətiyyətli siyasəti sayəsində iqlim dəyişikliyindən əziyyət çəkən kiçik dövlətlər üçün ciddi dönüş, tarixi qərarlarla zəngin bir tədbir kimi yadda qalacaq. Prezidentimizin də vurğuladığı kimi Azərbaycan böyük və inkişaf etmiş dövlətlərlə kiçik, inkişaf etməkdə olan ölkələr arasında körpü rolu oynayır.
Müddətin qısa olmasına baxmayaraq COP 29-un yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlər həyata keçirildi. Əminəm ki, COP-ların tarixində COP-29 möhtəşəmliyi ilə tarixə düşəcək. 80 dövlət və hökumət başçıları, 76 mindən çox iştirakçının COP 29-un yüksək səviyyədə təşkil olunması ilə bağlı qiymət vermələri hər birimizdə böyük qürur hissi yaratdı.
Azərbaycana qarşı düşmən siyasəti həyata keçirən Fransa və bir sıra Avropa dövlətlərinin qarayaxma və böhtan kampaniyalarına baxmayaraq Azərbaycanda iqlim danışıqlarında tarixi nəticələr əldə olundu və böyük uğurla başa çatdı. Ölkəmiz inkişaf etməkdə olan dövlətlərin, xüsusən kiçik ada dövlətlərinin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Məhz bu ölkələr iqlim dəyişmələrindən əziyyət çəkirlər və ən çox təhlükə ilə üzləşirlər. Azərbaycan həm də müstəmləkəçilik idarəçiliyi səbəbindən ekoloji problemlərlə üzləşən xalqlar və regionlara da həmrəylik nümayiş etdirdi. COP 29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşdırılması üçün 10 il davam edən gözləntiyə son qoydu. COP 29-un ən böyük uğurlarından biri İtki və Zərər Fondunun və karbon bazarlarına dair çoxdan gözlənilən 6-cı maddəsinin işlək vəziyyətə gətirilməsinə nail olundu. Ən əsası COP-29 2035-ci ilə gədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət məqsədinin şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizəsinə kömək edəcək. Azərbaycanın COP-29 sədrliyi inkişaf etməkdə olan ölkələrin hər il 1.3 trillion ABŞ dolları həcmində iqlim maliyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını elan etdi. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi 3 dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Bu COP-29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətinin nəticəsidir. COP 29- da dünya üçün əhəmiyyətli bəyanatlar gəbul edildi. COP 29-un İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü yaradıldı. COP Sədrlikləri və Tərəflər bir araya gətirildi. Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyasını elan etdi. Bakı COP Sədrliyi enerji üzrə öhdəliklər və bəyanatlar təqdim etdi və 150 tərəf bunu təsdiq etdi. Ümumilikdə COP 29-da müxtəlif sahələri əhatə edən bir sıra Koalisiya, Tərəfdaşlıq, Bəyannamələr qəbul edildi ki, bu da COP-lar tarixində ən ciddi dönüş və tarixi nəticələri özündə əks etdirdi.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor