azturkxeber.az
http://azturkxeber.az

Şərqi Aralıq dənizində dəniz otu çəmənliklərinin mühafizəsi üzrə işlər aparılacaq

23-11-2024 Baxılıb: 2

IMG

Türkiyənin Mersin Universiteti Şərqi Aralıq dənizində dəniz otu populyasiyasını yaxşılaşdırmaq üçün gələn il bir araşdırma aparacaq.

Sualtı müayinə zamanı dəniz otu çəmənliklərinin iqlim dəyişikliyinə görə azaldığını müəyyən edən qrup bərpa layihəsi hazırlayıb. Layihənin 2025-ci ildə həyata keçirilməsi planlaşdırılır.

Balıqçılıq fakültəsinin professoru Deniz Ayas jurnalistlərə açıqlamasında Şərqi Aralıq dənizində yay aylarında səth suyunun temperaturunun 34 dərəcəyə çatdığını bildirib. Dəniz çəmənliklərinin temperatur və çirklənmədən mənfi təsirləndiyini bildirən Ayas “Aydıncık rayonu dəniz otu çəmənliklərinin son qalasıdır. Burada aparılan araşdırmalar zamanı növlərin zədələndiyini və müəyyən nöqtələrdə yox olmağa başladığını müəyyən etdik. Mersin Universiteti olaraq 2025-ci ildə bərpa işlərinə başlamağı planlaşdırırıq. Hazırda dalışlarımız davam edir. Biz bölgədəki icmaların sağlamlığı və paylanması ilə bağlı ilkin məlumatları almağa davam edirik."-deyərək araşdırmalar haqqında ətraflə məlumat verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031