Hondurasın şimalına təsir edən “Sara” tropik qasırğası 32 mindən çox insana təsir edib.Səlahiyyətlilər 578 nəfərin təxliyə edildiyini, 86 evin zərər gördüyünü, bəzi magistral yolların daşqın və sürüşmələrə məruz qaldığını bildirib.
Qeyd edək ki, Mərkəzi Amerika ölkəsi Hondurasda "Sara" tropik qasırğasının səbəb olduğu güclü yağışlardan sonra " Fövqəladə Hal" elan edilib.