azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstanda qaz kəmərində partlayış nəticəsində 3 nəfər ölüb

17-11-2024 Baxılıb: 0

IMG

Qazaxıstanın Akmola vilayətində keçmiş məsciddə baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

azturkxeber.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, ərazidə dəfn mərasimi keçirilən zaman qaz kəmərində partlayış baş verib.

“Nəticədə 1978-ci il təvəllüdlü kişi ölüb. Xilasedicilər dağıntılar altından 1983-cü il təvəllüdlü qadının və 2012-ci il təvəllüdlü uşağın cəsədlərini tapıblar”, - deyə Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Bütün zərərçəkənlər təcili tibbi yardım briqadaları tərəfindən Astana şəhər xəstəxanasına çatdırılıb. Hadisə yerində 30-a yaxın xilasedici və beş xüsusi texnika işləyir. Dağıntıların təmizlənməsi prosesi davam edir.

İnsidentin səbəbini müəyyən etmək üçün Akmola vilayətinin prokurorluğu və Astana Fövqəladə Hallar İdarəsinin tədqiqat-sınaq yanğın laboratoriyası tərəfindən təhqiqat aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031