azturkxeber.az
http://azturkxeber.az

İndoneziyada vulkan aktivliyinə görə Bali adalarına uçuşlar təxirə salınıb

13-11-2024 Baxılıb: 0

IMG

İndoneziyanın Şərqi Nusa Tengqara əyalətinin Şərqi Flores bölgəsindəki Levotobi Laki-Laki vulkanın aktivliyə görə Bali adasından bir çox beynəlxalq uçuşlar ləğv edilib.

İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi tərəfindən verilən açıqlamada, püskürən Levotobi Laki-Laki vulkanının kül səpdiyi bildirilib.

Bali adasındakı I Gusti Ngurah Rai Beynəlxalq Hava Limanının baş direktoru Əhməd Syaugi Şahab vulkandakı aktivliyin bir çox uçuşlara  mənfi təsir etdiyini və bu səbədən bu gün 26 yerli və 64 beynəlxalq reysin ləğv edildiyini açıqlayıb.

O qeyd edib ki, Sinqapur, Qətər, Hindistan və Malayziyadan, eləcə də Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsindən olan aviaşirkətlərin reysləri də ləğv edilib.

Avstraliya mərkəzli Qantas, Virgin Australia, Jetstar və Yeni Zelandiyada yerləşən “Air New Zealand” kimi hava yolları da Baliyə bəzi uçuşların təhlükəsiz olduqları səbəbi ilə ləğv edildiyini və ya təxirə salındığını açıqlayıb. 

Digər tərəfdən, Cənubi Koreya mərkəzli "Korean Air" hava yolu şirkəti tərəfindən edilən açıqlamada Bali adasına gedən 2 təyyarənin kül buludları səbəbiylə İncheon Beynəlxalq Hava Limanına qayıtmalı olduğu qeyd edilib.

Qeyd edək ki, noyabrın 4-də Levotobi Laki-Laki vulkanının püskürməsi nəticəsində 9 nəfər həyatını itirib.

İndoneziya Fəlakətlərin İdarə Edilməsi Agentliyi  vulkanda artan vulkanik aktivliyə görə bölgədəki ən yüksək səviyyə olan "4-cü səviyyə" xəbərdarlıq statusu verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031