azturkxeber.az
http://azturkxeber.az

Yaponiya Hava Yollarının sisteminə kiberhücum nəticəsində bəzi reyslər təxirə salınıb

26-12-2024 Baxılıb: 0

IMG

“Japan Airlines” daxili və xarici sistemləri birləşdirən şəbəkəyə kiberhücum səbəbindən bəzi reyslərin təxirə salındığını açıqlayıb.

Rəsmi “Kyodo” agentliyinin məlumatına görə, daxili və xarici sistemləri birləşdirən şəbəkəyə kiberhücum edilib.

Kiberhücum nəticəsində ən azı 24 daxili uçuşun təxminən 1 saat gecikdiyi və bəzi beynəlxalq uçuşların da mənfi təsirləndiyi qeyd edilib.Bu çərçivədə problemlər başlayandan sonra bilet satışının dayandırıldığı, kiberhücumla mübarizə üçün işlərin aparıldığı bildirilib.

Açıqlamada kiberhücumun uçuşlara daha çox təsir göstərə biləcəyi, lakin təhlükənin olduğu güman edilən sistemin müvəqqəti olaraq bağlana biləcəyi ifadə edilib.

 Yaponiyada digər aviaşirkətlərin sistemlərində hazırda  heç bir problem yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031