azturkxeber.az
http://azturkxeber.az

Pakistanın Pəncab əyalətində havanın çirklənməsi rekord həddə çatıb

08-11-2024 Baxılıb: 1

IMG

Havanın çirklənməsi Pakistan əhalisinin yarıdan çoxunun yaşadığı Pəncabda həyata mənfi təsir göstərməkdə davam edir.

Pəncabın bəzi şəhərlərində hava çirkliliyinin rekord həddə çatması səbəbindən parklar, zooparklar, muzeylər və tarixi yerlər noyabrın 17-dək bağlanıb.

Pəncab əyalətinin rəsmisi Marriyum Aurangzeb keçirdiyi mətbuat konfransında Lahor, Qucranvala, Faisalabad və Multan şəhərlərində ibtidai və orta məktəblərin noyabrın 17-dək bağlanacağını açıqlayıb. Şəhərlərdə maska taxmağın məcburi olduğu bildirilib. 

Qeyd edək ki, oktyabrın 30-da Pəncab hökuməti Lahorda intensiv hava çirkliliyi olan ərazilərdə havanın keyfiyyətini aşağı salan fəaliyyətlərə məhdudiyyətlər qoyub.

Hava Keyfiyyəti İndeksinin  məlumatlarına görə, şəhərdə havanın çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının məqbul hesab etdiyi səviyyədən 40 dəfə yuxarı qalxıb və Lahor dünyada havanın çirklənməsinin ən yüksək səviyyəsinə malik şəhər olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031