azturkxeber.az
http://azturkxeber.az

Kainatın ən böyük simulyasiyası yaradılıb

28-11-2024 Baxılıb: 1

IMG

Elm adamları kainatın mürəkkəb quruluşunu anlamaq yolunda daha bir nəhəng addım atıblar. ABŞ-nın Oak Ridge Milli Laboratoriyasında yerləşən Frontier superkompüteri indiyə qədər həyata keçirilən ən böyük kainat simulyasiyasını tamamlayıb. “ExaSky” adlanan layihə kainatın milyardlarla il ərzində təkamülünü daha yaxşı anlamaq məqsədi daşıyır.

Fizika alimləri 31 milyard kub meqaparsek ölçülü genişlənən kainatın bir hissəsini modelləşdirmək üçün Frontier superkompüterinin 9000 hesablama qovşağından istifadə ediblər. “ExaSky” adlanan layihə astrofiziklərə və kosmoloqlara kainatın qaranlıq materiyasını və digər fiziki proseslərini daha yaxşı başa düşmək üçün yeni perspektivlər təklif edir.

Arqon Milli Laboratoriyasından fizik Salman Həbib bildirib ki, kainatın iki əsas komponenti var: “Yalnız cazibə qüvvəsi ilə qarşılıqlı əlaqədə olan qaranlıq maddə və bildiyimiz atom maddə. Kainatın necə işlədiyini anlamaq istəyiriksə, həm cazibə qüvvəsini, həm də ulduzların, qara dəliklərin və qalaktikaların əmələ gəlməsi kimi digər fiziki prosesləri modelləşdirməliyik. Belə tədqiqatlar kosmoloji hidrodinamik simulyasiyalar adlanır.

Bu cür modelləşdirmənin kainatın milyardlarla il ərzindəki təkamül prosesini işıqlandırmaq məqsədi daşıdığı bildirilir. Amma bu tip simulyasiyanı həyata keçirmək üçün həm mürəkkəb riyazi modellər, həm də dünyanın ən sürətli superkompüteri lazımdır.

Salman Həbib deyib ki, Çilidəki Rubin Rəsədxanası kimi böyük teleskoplarla araşdırılan kainatın nəhəng hissələrini modelləşdirmək üçün sadəcə cazibə simulyasiyaları bizi qane etmir. "ExaSky” layihəsi bu cür kütləvi simulyasiyaları fiziki realizmlə birləşdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031