azturkxeber.az
http://azturkxeber.az

Malayziyada daşqın və sürüşmələrdən zərər çəkən 51 mindən çox insan təxliyə edilib

28-11-2024 Baxılıb: 1

IMG

“Bernama” xəbər agentliyinin məlumatına görə, həddindən artıq yağışın səbəb olduğu sel və torpaq sürüşmələri başda Kelantan əyaləti olmaqla bir çox bölgədə həyata mənfi təsir etməkdə davam edir.

Malayziyadakı dəmiryol operatoru KTMB qatarların hərəkətini dayandırdığını bildirib. Həddindən artıq yağışların səbəb olduğu sel və torpaq sürüşmələri səbəbiylə ölkə daxilində 51 min 305 nəfər təhlükəsiz yardım mərkəzlərinə köçürülüb.

Terengqanu Dövlət Təhsil Departamentinin direktoru Jelani Sulong da bölgədəki 18 məktəbin daşqınlar səbəbindən bağlandığını açıqlayıb.
Sulong yağışların təsirinə məruz qalan 6 bölgədə 41 məktəbin təxliyə edilənləri yerləşdirmək üçün təhlükəsiz yardım mərkəzlərinə çevrildiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031