azturkxeber.az
http://azturkxeber.az

İrpendə SOCAR-ın dəstəyi ilə poliklinikanın əsaslı təmirinin ikinci mərhələsi başlayıb

27-11-2024 Baxılıb: 1

 Ukraynanın İrpen şəhərində poliklinikanın təmiri üçün “SOCAR Blago” xeyriyyə fondu tərəfindən 1,5 milyon dollar vəsait ayrılıb. Bu vəsait artıq binanın əsaslı təmirinə, fasadların və dam örtüyünün izolyasiyasına, pəncərələrin dəyişdirilməsinə sərf olunub.

azturkxeber.az bu barədə “SOCAR Energy Ukraine” şirkətinin mətbuat xidmətinə istinadla xəbər verir.

Poliklinika binasının bərpasının ikinci mərhələsi radiasiya əleyhinə sığınacağın tikintisini, müasir yanğından mühafizə sisteminin və ventilyasiyanın quraşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, ötən il şirkət döyüşlər zamanı ciddi ziyan dəymiş akademik Zərifə Əliyeva adına 12 saylı İrpen liseyinin bərpasını maliyyələşdirib. Təhsil müəssisəsinin binasının təmirinə 112 milyon qriven xərclənib.

Xatırladaq ki, “SOCAR Energy Ukraine” şəbəkəsi 11 regionda təmsil olunur, burada müştərilər rahat və inklüziv infrastruktura malik 57 yanacaqdoldurma məntəqəsinin xidmətlərindən istifadə edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031