azturkxeber.az
http://azturkxeber.az

Macarıstan virusoloqları əhalini peyvənd olunmağa çağırıblar

27-11-2024 Baxılıb: 1

IMG

Macarıstan Virusoloqlar Assosiasiyası əhalini immunizasiyaya çağırıb.

Alimlər vətəndaşlara qış qripi təhlükəsinə daha ciddi yanaşmağı və mütləq surətdə peyvənd olunmağı xatırlatmağı zəruri hesab ediblər. Virusun yeni variantının COVID-19-dan daha böyük təhlükə yaratdığına inanılır. Builki koronavirus epidemiyası ötən illərdəki kimi ciddi görünmür, lakin virus daim mutasiyaya uğrayır və insanların əvvəlcədən qorunması lazımdır.

Bu gün həkimlər qrip peyvəndinin koronavirus peyvəndindən daha vacib olduğuna inanırlar. Adətən, yanvardan aprel ayına qədər davam edən qrip epidemiyası başlamazdan əvvəl peyvənd etmək tövsiyə olunur. Çox güman ki, gələn il də bu proses davam etdiriləcək.

Virusoloqlar deyirlər: “Bu günlərdə peyvənd olunsanız, orqanizmin immuniteti inkişaf etdirmək üçün kifayət qədər vaxtı olacaq. Xüsusilə hamilə qadınlar üçün vaksinasiya tövsiyə olunur, çünki qrip virusu dölə yoluxa bilməsə də, anada xəstəliyi müşayiət edən yüksək temperatur ona zərər verə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031