azturkxeber.az
http://azturkxeber.az

Banqladeşdə son 24 saatda 990 nəfər dang qızdırması səbəbilə xəstəxanaya yerləşdirilib

27-11-2024 Baxılıb: 3

IMG

Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyi ağcaqanadlar vasitəsilə bulaşan dang qızdırması səbəbiylə bu il həyatını itirənlərin sayının 471-ə yüksəldiyini açıqlayıb. Açıqlamada bildirilib ki, son 24 saat ərzində dang qızdırması diaqnozu qoyulan 990 xəstə yüksək hərarət şikayəti ilə xəstəxanalara yerləşdirilib, 10 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.İlin əvvəlindən isə 88 min 715 nəfər dang qızdırmasına yoluxub.

Xatırladaq ki, Banqladeşdə 2023-cü ildə 321 min 179 dang qızdırması faktı qeydə alınıb və 1705 nəfər ölüb.Tropik və subtropik bölgələrdə baş verən dang qızdırması virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.

Xəstəliyə səbəb olan ağcaqanad növləri su hövzələrində sürfələr yaratdığından, xüsusilə sənaye mühitlərindəki zibilliklərin daim dezinfeksiya edilməsi lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031