Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək
Gürcüstanda növbəti prezident seçkiləri dekabrın 14-də keçiriləcək.
Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bugünkü plenar iclasda məlumat verib.
Bildirib ki, artıq məsələ parlamentin bürosuna təqdim edilib.
Papuaşvilinin sözlərinə görə, prezidentin inauqurasiyası isə dekabrın 29-da baş tutacaq.
Qeyd edək ki, Gürcüstan tarixində ilk dəfə prezident ümumxalq səsverməsi ilə deyil, parlamentdə seçki kollegiyası tərəfindən seçiləcək.